Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib
20.07.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində Ədliyyə Nazirliyinin məsul əməkdaşları və Xidmətin tabe qurumlarının rəhbər heyətinin iştirakı ilə 2023-cü ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Bu barədə 1news.az-a Xidmətdən məlumat verilib.
Bildirilib ki, Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov müşavirəni açaraq ilk növbədə Prezident İlham Əliyev tərəfindən Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsinə təyinatını təkcə ona deyil, Penitensiar xidmətin kollektivinə göstərilən böyük inam və etimad olduğunu vurğulayaraq sağlam meyarlar üzərində dövlətçiliyə və dövlətə sədaqətlə xidmət edərək bundan sonrada yüksək əzmlə çalışaraq müsbət nailiyyətlər əldə olunacağını qeyd edib.
Çıxışı zamanı nazir müavini bildirib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün ən güclü dövrünü yaşayır, Prezidentin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır.
İşğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərə Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir səfəri təntənəli zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycanın Böyük qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu dünyaya nümayiş etdirir.
Bu gün hər birimiz dövlət başçısına layiqli yardımçı olmaq üçün daha məsuliyyətlə çalışaraq üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirməliyik.
Nazir müavini hesabat dövrü ərzində Penitensiar sahədə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran hədəflər barədə məlumat verərək deyib ki, Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Xidmətin bütün qurumlarında yüksək minnətdarlıq hissi ilə geniş qeyd olunub, yubiley münasibətilə ölkə başçısının 801 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib.
Penitensiar müssisələrdə əməliyyat şəraiti sabit saxlanılıb, həbs edilmiş şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş tədbirlər davam etdirilib.
Penitensiar xidmətin fəaliyyətində müsbət nailiyyətləri qeyd etməklə yanaşı yolverilmiş nöqsanların qısa zamanda aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirən nazir müavini hər bir əməkdaşın fəaliyyətində qanunçuluq, dövlətə - dövlətçiliyə sədaqətli xidmət prinsipini rəhbər tutmağa borclu olduğunu diqqətə çatdırıb və qeyd edib ki, korrupsiyaya şərait yaradan hallarla bağlı sərt mübarizə aparılacaq ən ciddi tədbirlər görüləcəkdir.
Daha sonra nazir müavini Penitensiar xidmətin fəaliyyətində innovativ texnalogiyaların tətbiq ediləcəyini bütün fəaliyyət istiqamətlərinin daha səmərəli təşkil olunacağını diqqətə çatdırıb.