Aydın Mirzəzadə: “Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir” | 1news.az | Xəbərlər
Siyasət

Aydın Mirzəzadə: “Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir”

Qafar Ağayev17:12 - 21 / 07 / 2023
Aydın Mirzəzadə: “Tolstoy fikirlərinə görə Azərbaycandan üzr istəməlidir”

Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun təxribatçı çıxışındakı fikirlərinə etiraz edib.

Aydın Mirzəzadə 1news.az-a bildirib ki, Rusiya Dövlət Dumasının vitse-spikeri böyük səhv edir.

@Onun söylədiyi fikirlər beynəlxalq hüquq normalarına, Rusiyanın rəsmi siyasətinə, hakim Vahid Rusiya Partiyasının siyasi xəttinə ziddir. Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır. Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır@.

Milli Məclisin deputatı qeyd edib ki, Tolstoy tanınmış tele-jurnalistdir və efir verilişləri ilə parlament mövqeyini dəyişik salır. O bilməlidir ki, dünyanın müstəqil dövlətlərinin hər biri öz müstəqilliyinin keşiyindədir. Beynəlxalq hüquq da dövlət müstəqilliklərinin keşiyindədir.

Aydın Mirzəzadə bildirib ki, Pyotr Tolstoy bu fikirlərinə görə ilk növbədə Azərbaycandan üzr istəməlidir. Onun söylədiyi fikirlər Rusiya Prezidentinin, hakimiyyətinin, hakim Vahid Rusiya Partiyasının siyasi mövqeyinə ziddir və bu cür fikirlər iki dövlət arasındakı münasibətləri böyük zərbə altında qoyur.

Aydın Mirzəzadə Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib. Milli Məclisin deputatı qeyd edib ki, Rusiyanın bu gün Azərbaycanla münasibətləri var. Azərbaycanla Rusiya strateji müttəfiqlərdir və strateji müttəfiqin suverenliyini şübhə altına almaq siyasətçi üçün bağışlanmaz, böyük səhvdir.

Paylaş:
403

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər