Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var

12:26 - 22 / 07 / 2023
Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər