Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var - YENİLƏNİR | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var - YENİLƏNİR

13:23 - 24 / 07 / 2023
Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var - YENİLƏNİR

Müdafiə Sənayesi Nazirliyinin “Şirvan Araz zavodu” MMC-də partlayış olub.

1news.az xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Araşdırma aparılır.

***

12:41

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***

Ölən şəxsin zavodda işləyən 1966-cı il təvəllüdlü Mehman Əhmədov, xəsarət alanın isə 1970-ci il təvəllüdlü Səbinə Şəkərova olması müəyyənləşib.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər