Dövlət başçısı: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, xaos vəziyyətinə son qoyan şəxs idi” | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, xaos vəziyyətinə son qoyan şəxs idi”

Qafar Ağayev15:21 - 24 / 07 / 2023
Dövlət başçısı: “Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, xaos vəziyyətinə son qoyan şəxs idi”

Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

“O, (Ulu Öndər – red.) həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər