Azərbaycanla Çin arasında qarşılıqlı ticarətin həcmi artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Çin arasında qarşılıqlı ticarətin həcmi artır

Qafar Ağayev15:26 - 24 / 07 / 2023
Azərbaycanla Çin arasında qarşılıqlı ticarətin həcmi artır

İqtisadi əməkdaşlıq məsələlərində Azərbaycanla Çinin mövqeləri üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artdığını görürük və böyük potensial xüsusilə göz qabağındadır.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.

Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarının olduğunu bildirən dövlətimizin başçısı deyib ki, bu da regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.

Paylaş:
499

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər