Xocəsən şosesində avtobuslar toqquşub, xəsarət alan var

Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
Bu barədə 1news.az-a Baş DYP İdarəsindən məlumat verilib.
Belə ki, “İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.
Hazırda faktla bağlı araşdırma aparılır.
403