Samux sakinində saxta pul aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samux sakinində saxta pul aşkarlanıb

15:25 - 25 / 07 / 2023
Samux sakinində saxta pul aşkarlanıb

Gəncədə vətəndaşda saxta pul əskinası aşkarlanıb.

1news.az DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, nazirliyin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb. Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.

Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər