Qaxda meşədə bir nəfər itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda meşədə bir nəfər itkin düşüb

15:06 - 26 / 07 / 2023
Qaxda meşədə bir nəfər itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qax rayonunun Ağçay kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə naməlum şəraitdə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinin aparılması üçün əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər