Sevinc Fətəliyeva: “Ermənilər müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Ermənilər müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar”

Qafar Ağayev09:33 - 27 / 07 / 2023
Sevinc Fətəliyeva: “Ermənilər müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar”

“Tarixən ermənilər müxtəlif ağır cinayətlərin, kütləvi qırğınların, qətliamların törədilməsində iştirak ediblər”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

"Bu cinayətlərdə onlar əsasən muzdlu olaraq iştirak ediblər. Eləcə də, müəyyən xarici qüvvələrin, dövlətlərin əlində alət olublar. Ermənilər üçün bu “ənənə” hazırda da davam edir”.

Deputat bildirib ki, ermənilər son iki yüz il ərzində azərbaycanlılara və türklərə qarşı qətliamlar, soyqırımlar törədib. 1905-ci, 1918-ci illərin qırğınları, eləcə də müasir dövrümüzdə Xocalı soyqırımı buna sübutdur. Ermənilər 30 illik işğal dövründə də bir çox hərbi cinayətlər, kütləvi qətillər törədiblər. Bu prosesdə erməni kilsəsi də “ilhamverici” rol oynayıb. Eləcə də, ASALA kimi terror təşkilatlarının türklərə, türkiyənin diplomatlarına qarşı cinayətlərini bütün dünyaya məlumdur.

Millət vəkilinin sözlərinə görə, hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər.

“Bəs Lissabon 5 nədir? 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşdülər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdı. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışdılar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdi. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdi. ABŞ Prezidenti bəyan etmişdi: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”. ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdı. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir”,-deyən Sevinc Fətəliyevanın fikrincə, bu kimi faktlar Ermənistanda terrorçuların qəhrəmanlaşdırıldığını göstərir. Ona görə də, dünya ictimaiyyəti bu məsələyə laqeyd qalmamalıdır.

Paylaş:
289

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər