Yaşayış binasında köməksiz qalan şəxslər xilas olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış binasında köməksiz qalan şəxslər xilas olunub

Qafar Ağayev14:39 - 28 / 07 / 2023
Yaşayış binasında köməksiz qalan şəxslər xilas olunub

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Səbail rayonu, Nizami küçəsində çoxmənzilii yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində biri azyaşlı olmaqla 2 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.
Xilasedicilər əməliyyat şəraitinə uyğun təhlükəsizlik qaydalarına riayət etməklə 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və xüsusi alət və avadanlıqlar vasitəsi ilə qapının kilidini açaraq vətandaşların xilas olunmasını təmin ediblər.

Paylaş:
185

Son xəbərlər

Bütün xəbərlər