Ceyhun Bayramov Kolumbiya səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Kolumbiya səfirini qəbul edib

Qafar Ağayev16:10 - 28 / 07 / 2023
Ceyhun Bayramov Kolumbiya səfirini qəbul edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayalanı qəbul edib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Kolumbiya səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov Luis Fernando Kuartas Ayalanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, post-münaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hazırda bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə mane törətdiyi bildirilib.

Görüşdə tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
431

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər