Prezident SOCAR-ın 5 vitse-prezidentini vəzifələrindən azad edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident SOCAR-ın 5 vitse-prezidentini vəzifələrindən azad edib

Qafar Ağayev19:26 - 28 / 07 / 2023
Prezident SOCAR-ın 5 vitse-prezidentini vəzifələrindən azad edib

Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamlarına əsasən, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov və Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.

Hər beş Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər