Bərdədə çay yatagından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə çay yatagından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib

Qafar Ağayev10:04 - 28 / 07 / 2023
Bərdədə çay yatagından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatagından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-abildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən "Salehoglu-R" karxanası tərəfindən daşındığı məlum olub.

“Faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər