Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

10:27 - 29 / 07 / 2023
Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasedicilər 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Haqverdiyev Şükür Ramil oğlu və 2006-cı il təvəllüdlü Əliyev Seymur İlkin oğlu xilas ediliblər.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər