DYP moped sürücülərinə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP moped sürücülərinə müraciət etdi

14:20 - 31 / 07 / 2023
DYP moped sürücülərinə müraciət etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş DYP İdarəsi moped sürücülərinə müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Milli Məclis “Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik sabahdan etibarən qüvvəyə minir. Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.

Eyni zamanda konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq. Bir daha sürücülərdən mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etmələri xahiş olunur".

Paylaş:
212

Son xəbərlər

Biləsuvarda işıq olmayacaq

27 / 12 / 2025, 10:44
Bütün xəbərlər