Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

16:44 - 04 / 08 / 2023
Baş nazir Əli Əsədov gürcüstanlı həmkarına başsağlığı verib

Avqustun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə 1news.az-a Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib, faciə ilə əlaqədar İ.Qaribaşviliyə dərin hüznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər