53 yaşlı qonşusunu döyüb öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

53 yaşlı qonşusunu döyüb öldürdü

13:05 - 08 / 08 / 2023
53 yaşlı qonşusunu döyüb öldürdü

Göyçayda qonşusu tərəfindən döyülən kişi xəstəxanada ölüb.

1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ilkin araşdırma zamanı 53 yaşlı Ruslan Süleymanovla qonşusu-35 yaşlı İslam Şıxaliyev arasında şəxsi münasibətlər zəminində dava olub. Dava zamanı sonuncunun küt alətlə R.Süleymanovun ölümünə səbəb olan xəsarətlər yetirdiyi müəyyən edilib.

İ.Şıxaliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
148

Son xəbərlər

Bütün xəbərlər