Dünyada koronavirusa yoluxma artıb

İyulun 10-dan avqustun 6-na qədər dünyada 1,5 milyona yaxın insan koronavirusa yoluxub.
1news.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.
Məlumata görə, həmin dövr ərzində 2560 nəfər dünyasını dəyişib.
Bildirilir ki, daha əvvəlki 28 günlə müqayisədə COVID-19-a yoluxma halları 80% artsa da, ölüm halları 57% azalıb.
Bununla yanaşı, ÜST-nin məlumatında hazırda dünyada “Omicron” ştamının “EG.5” variantının yayılması da qeyd olunub: “Avqustun 9-na olan məlumata görə, sözügedən variant 48 ölkədə aşkar olunub”.
442