Azərbaycanda 6 ayda yol qəzalarında bu qədər insan ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 ayda yol qəzalarında bu qədər insan ölüb

12:30 - 11 / 08 / 2023
Azərbaycanda 6 ayda yol qəzalarında bu qədər insan ölüb

Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər