Dövlət büdcəsinin profisiti 1,1 mlrd. manatı üstələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət büdcəsinin profisiti 1,1 mlrd. manatı üstələyib

15:58 - 14 / 08 / 2023
Dövlət büdcəsinin profisiti 1,1 mlrd. manatı üstələyib

2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 18 milyard 766,6 milyon manat vəsait daxil olub.

1news.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 4,8% çoxdur.

2023-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinin xərcləri isə 14,9% artaraq 17 milyard 620,5 milyon manata çatıb.

Nəticədə büdcənin icrasında 1 milyard 146,1 milyon manatlıq profisit (artıqlıq) yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər