“Nikosayağı”nın törətdiyi dəhşətli qəzadan sonra əşyaları oğurlanıb

Gecə saatlarında “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı pulqabısı və telefonları oğurlanıb.
1news.az xəbər verir ki, bu barədə aparıcı və bloqer Ramal İsayev sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pulqabısını oğurlayıblar! Bunu edənlər tapılıb, cəzalandırılacaqlar! Şərəfsizliyin bu qədəri də yox!”
353