İlham Əliyev Vladimir Putinə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Qafar Ağayev12:04 - 15 / 08 / 2023
İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib.

1news.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm".

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər