Salyanda arvadını öldürən kişi könüllü təslim olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda arvadını öldürən kişi könüllü təslim olub

Qafar Ağayev16:10 - 16 / 08 / 2023
Salyanda arvadını öldürən kişi könüllü təslim olub

Avqustun 16-da saat 15 radələrində Salyan rayonu Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
332

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər