Qusarda 5 nəfər qidadan zəhərlənib

Bu gün Qusar rayonunda 5 nəfər şəxs qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya müraciət edib.
Qusar Mərkəzi Rayon Xəstəxanasından 1news.az xəbər verir ki, APA-ya verilən məlumata görə, tibb müəssisəsinə müraciət edən şəxslərə müvafiq tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. Onların həyatı üçün hər hansı təhlükə yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
331