Bakıda evdən meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən meyit tapılıb

12:32 - 18 / 08 / 2023
Bakıda evdən meyit tapılıb

Bakıda evdən meyit tapılıb.

FHN-dən 1news.az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər