Kamil Zeynallının 20 min manatını dələduzluq yolu ilə mənimsəyən şəxsin məhkəməsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamil Zeynallının 20 min manatını dələduzluq yolu ilə mənimsəyən şəxsin məhkəməsi başlayıb

17:28 - 21 / 08 / 2023
Kamil Zeynallının 20 min manatını dələduzluq yolu ilə mənimsəyən şəxsin məhkəməsi başlayıb

Tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamil Zeynallı zərərçəkmiş şəxs qismində iştirak edib.

Prosesdə ittiham aktı elan olunub. İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxsin eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq etdiyi bildirilib.

E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkmişlərə ev tikəcəyini söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər