Ağsuda dağlıq ərazi yanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda dağlıq ərazi yanır

Qafar Ağayev16:58 - 22 / 08 / 2023
Ağsuda dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər