Gəncədə arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işinin istintaqı tamamlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işinin istintaqı tamamlanıb

Qafar Ağayev17:15 - 22 / 08 / 2023
Gəncədə arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsin cinayət işinin istintaqı tamamlanıb

2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Gəncə Şəhər Prokurorluğundan 1news.az-a bildiriblər ki, istintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər