Bu, Azərbaycanın Mərkəzi Asiya üçün lider dövlətlərdən biri olduğunu göstərir - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Bu, Azərbaycanın Mərkəzi Asiya üçün lider dövlətlərdən biri olduğunu göstərir - ŞƏRH

Qafar Ağayev14:32 - 23 / 08 / 2023
Bu, Azərbaycanın Mərkəzi Asiya üçün lider dövlətlərdən biri olduğunu göstərir - ŞƏRH

“Özbəkistan Prezidentinin prezident olandan sonra ilk səfərini Azərbaycana, İlham Əliyevə həsr etməsi ondan xəbər verir ki, Azərbaycan Mərkəzi Asiya üçün lider dövlətlərdən biridir və Özbəkistanın Azərbaycana diqqəti olduqca çoxdur”.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etməsinin önəmi ilə bağlı 1news.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, bildirib ki, müxtəlif ölkələrdə yeni seçkilərdən sonra həmin ölkənin liderləri böyük güclərə səfər edirlər.

“Amma bu dəfə Özbəkistan Prezidentinin ilk səfərinin Azərbaycana olması onu göstərir ki, Azərbaycan Avrasiyanın orta xəttində çox vacib ölkəyə çevrilib və Prezident İlham Əliyev artıq qlobal lider kimi bu və digər ölkələrin diqqətini cəlb edir. Bunu dünya ekspertlərinin araşdırmalarında da görə bilərik. Bu yaxınlarda baş tutacaq Avropadakı bəzi ölkələrin xarici işlər nazirlərinin səfərləri, bundan əvvəl də edilən səfərlər onu göstərir ki, hazırda dəyişən geosiyasi və geoiqtisadi konfiqurasiya fonunda Azərbaycan liderinə diqqət artıb və Azərbaycan Türk dünyasının birləşdirici mərkəzinə, eyni zamanda ayrı-ayrı sivilizasiyaların da birləşmə nöqtəsinə çevrilib”.

Z.Məmmədovun sözlərinə görə, Özbəkistan Prezidentinin Azərbaycana səfər çərçivəsində Azərbaycan və Özbəkistan arasında bir neçə sənədlər imzalanıb, eyni zamanda SOCAR Özbəkistanda öz həmkarlarına neftin kəşfiyyatın aparılmasında kömək edilməsi bağlı və bundan başqa, Azərbaycanın Özbəkistanda pambıqçılığa, ipəkçiliyə sərmayə qoyması ilə bağlı qərarlar verilib.

Zaur Məmmədov

“Ötən il Azərbaycan tərəfindən 12 milyon dollardan çox vəsait Özbəkistan iqtisadiyyatına investisiya yatırılıb. Eyni zamanda Azərbaycan və Özbəkistan arasında birgə fond da yaradılmışdı, bu da olduqca vacibdir. Bu, gələcəkdə çağırışların birgə şəkildə dəf edilməsi, eyni zamanda iqtisadi imkanların artırılmasına gətirib çıxacaq. Bu gün səfər Füzuli rayonda davam edir, Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Özbəkistanın maliyyəsi hesabına tikilib. Məktəbin tikilməsi bizim üçün ona görə önəmlidir və mənəvi bir xüsusiyyət daşıyır. İşğandan azad olunmuş torpaqlara dost və qardaş ölkələrin investisiyaları, maliyyə yardımları, öz izlərini qoymasının mənəvi və tarixi əhəmiyyəti ondan ibarətdir ki, gələcək nəsillər, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzura ilk qədəmləri kimlərin qouyduğunu görəcəklər. Oradakı abidələr, məktəblər, xəstəxanalar və digər obyektlər tarixə düşəcək addımlardır”.

Politoloq deyib ki, Özbəkistan demoqrafiq cəhətdən Mərkəzi Asiyanın ən güclü ölkəsidir.

“Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra, Özbəkistan iqtisadiyyatındanda, xarici siyəsətində kardinal dəyişikliklər baş tutub. Azərbaycan və Özbəkistan qarşıdakı illərdə kommunikasiyalardan birgə istifadə edəcəklər. Bu, Çindən başlayaraq, Qırğısızdan, Özbəkistan, Mərkəzi Asiya vasitəsilə Azərbaycana yüklərin daşınması, Azərbaycan isə Avrpoya və əks istiqamətdə yüklərin daşınmasına səbəb olacaq. Eyni zamanda Özbəkistanın digər istiqamətlərdə də kommunikasiya xətlərində Azərbaycan öz sözünü deyən ölkə kimi rol oynayacaq. Biz son zamanlar beynəlxalq müstəvidə də Özbəkistan və Azərbaycanın birgə addımlar atdığını müşahidə edirik. Bütün bunlar sevindirici haldır”.

Paylaş:
345

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər