MN: “Azərbaycanın Yuxarı Şorca istiqamətində erməni mövqelərini atəşə tutması yalandır” | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: “Azərbaycanın Yuxarı Şorca istiqamətində erməni mövqelərini atəşə tutması yalandır”

Qafar Ağayev09:31 - 23 / 08 / 2023
MN: “Azərbaycanın Yuxarı Şorca istiqamətində erməni mövqelərini atəşə tutması yalandır”

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" - məlumatda qeyd olunub.

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər