Manila-İstanbul reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - SƏBƏB | 1news.az | Xəbərlər
Cəmiyyət

Manila-İstanbul reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - SƏBƏB

Qafar Ağayev09:34 - 23 / 08 / 2023
Manila-İstanbul reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - SƏBƏB

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib.

Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər