Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Qafar Ağayev09:44 - 23 / 08 / 2023
Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Avqustun 23-ü saat 02:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər