ASUS brendinin “ExpertBook B9 OLED” (B9403CVA) noutbuku: İş adamlarının əsas tərəfdaşı və etibarlı dostu - FOTO

İş adamları üçün noutbuk artıq çoxdan təkcə əsas tərəfdaşlardan birinə deyil, həm də daim əl altında olan və hər an dəstək olmağa hazır olan etibarlı dosta çevrilib.
Çoxsaylı parametrlər üzrə tələblərinizə cavab verən belə bir "dost" tapmaq asan məsələ olmasa da, mümkünsüz də deyil. Biznes noutbuklarının əsas parametrləri sırasında etibarlı performans, daim əlaqədə qalmaq və İnternetə qoşulmaq imkanı, avtonom iş rejimi, şarj sürəti və s. göstərmək olar.
Biznes noutbukları müxtəlif tapşırıqların həllinə nail olmaq üçün nəzərdə tutulmuş portativ kompüterlərdir. Bu noutbuklar demək olar ki, saxlanma yeri tələb etməyən kompleks həll hesab olunur. Aşağıdakı materialda haqqında söhbət açılan və dünyanın aparıcı brendi olan ASUS-un təqdim etdiyi “ExpertBook B9 OLED” (B9403CVA) məhsulu da məhz belə noutbuklardandır.
14 düymlük OLED noutbuklar sinfinin ən yüngül modeli (990 qr) olan “ExpertBook B9 OLED” (B9403CVA) noutbuku yüksək etibarlılığı ilə seçilir. Buna səbəb, onun korpusunun son dərəcə möhkəm maqnezium-litium qarışığından hazırlanmasıdır. Qeyd edək ki, noutbuk təkcə daxili möhkəmlik sınaqlarından (düşmə, sıxılma, silkələnmə və s.) deyil, həm də ABŞ-ın hərbi sənaye standartı olan MIL-STD-810H üzrə sınaqlardan uğurla keçib.
Biznes noutbuklarının digər mümkün modelləri arasında “ExpertBook B9 OLED” (B9403CVA) son nəsil “Intel Core vPro” prosessoru ilə seçilir ki, bu da nəinki yüksək performansı təmin edir, həm də aparat səviyyəsində müasir kibertəhlükəsizlik vasitələrini dəstəkləyir.
Çox nazik ekran çərçivəsi dizaynı sayəsində 14 düymlük bu model ölçüsünə görə tipik 13 düymlük noutbuklarla müqayisə oluna bilər. Ofisdən kənarda istənilən yerdə səmərəli və məhsuldar işləmək üçün bu noutbuku asanlıqla özünüzlə apara bilərsiniz.
ASUS brendinin yeni biznes məhsulu istifadəçiyə 16:10 formatında OLED displeydə yüksək keyfiyyətli və aydın təsvir, daxili 2 sərinkeşi sayəsində səssiz və səmərəli soyutma imkanı, həmçinin süni intellekt əsaslı veb-kamera təqdim edir ki, bu da son dərəcədə keyfiyyətli əlaqə qurmağa şərait yaradır.
Bundan əlavə, noutbukda məxfi məlumatların qorunması üçün NFC interfeysi, barmaq izi skaneri, “vPro” texnologiyalı prosessor və s. kimi müasir vasitələr tətbiq edilib ki, bu da kommersiya məlumatlarınızın tam təhlükəsizliyini təmin edir.
Onu da qeyd edək ki, “ASUS” şirkəti “ExpertBook” seriyalı noutbukları rahat idarə etmək üçün “ASUS Cloud Recovery” və “ASUS Diagnostic Tool” kimi proqram həlləri işləyib hazırlayıb. “ASUS Cloud Recovery” həlli sizə internet bağlantısı vasitəsilə sistemin istehsalçı tərəfindən yaradılmış obrazını tez, rahat və təhlükəsiz şəkildə quraşdırmağa imkan verir, Bu, ASUS markalı kompüterlərə sabit və sınaqdan çıxmış proqram təminatı ilə işləməyə imkan verir. “ASUS Diagnostic Tool” həlli isə hətta quraşdırılmış əməliyyat sistemi (BIOS-dan) və daimi yaddaş qurğusu (HDD və ya SSD) olmadan da avadanlığın iş qabiliyyətinin diaqnostikasını aparmağa imkan verir. Bu zaman çatışmazlıq aşkar edilərsə, sistem dəstək səhifəsinə keçid etmək və problem haqqında ətraflı məlumat almaq üçün istifadə edilə bilən QR kodu generasiya edir.
Hər şeydən əlavə, “ExpertBook B9 OLED” noutbuku müvafiq beynəlxalq sertifikatlarla təsdiq edilmiş "yaşıl" cihaz hesab olunur; “Thixomolding” texnologiyası onun istehsalı prosesində material sərfiyyatını və ümumi istehsal vaxtını azaltmağa imkan verir. Ümumilikdə, bütün “ExpertBook” seriyası ekologiyanı diqqət mərkəzində saxlamaqla məhsulun hazırlanmasına qabaqcıl yanaşmanı özündə birləşdirir, çünki ASUS-un məqsədi sıfır karbon izinə malik şirkətə çevrilməkdir. Yüksək istehlakçı keyfiyyəti məhz bu səbəbdən ətraf mühitə minimal təsirlə bir araya gətirilmişdir.
Gördüyünüz kimi, ASUS brendinin “ExpertBook B9 OLED” məhsulu ekoloji cəhətdən təmiz, elit biznes noutbukları üçün yeni standartlar müəyyən edir. Bu noutbukları aşağıdakı linkə daxil olmaqla saytından əldə edə bilərsiniz: https://aztechshop.az/index.php?route=product/search&search=ASUS%20ExpertBook%20B9%20&description=true
Reklam hüququnda