Ukraynalı pilotların F-16 uçuş təliminin başlayacağı tarix açıqlandı
ABŞ Müdafiə Nazirliyinin (Penatqon) sözçüsü briqada generalı Pat Rayder F-16 döyüş təyyarələrində ukraynalı pilotlara veriləcək uçuş təliminin oktyabrda başlayacağını açıqlayıb.
1news.az xəbər verir ki, Pay Rayder pilotların gələn ay ingilis dili təhsili aldıqdan sonra uçuş təliminin Arizonada keçiriləcəyini açıqlayıb. Rayder təlimə çoxlu sayda pilot və onlarla təyyarəyə texniki qulluq heyətinin qatılacağını bildirib. ABŞ prezidenti Co Bayden keçən may ayında ukraynalı pilotlar üçün F-16 təlim proqramlarını təsdiqləyib, avqustun 18-də isə ABŞ tərəfindən Danimarka və Hollandiyaya F-16 qırıcılarının göndərilməsini təsdiqləyib. İndiyədək Danimarka, Hollandiya və Norveç Ukraynaya F-16 qırıcıları bağışlayacaqlarını bəyan ediblər. Digər tərəfdən, 8 ukraynalı pilot və 65 personal Danimarkanın Skridstrupdakı hərbi hava bazasında F-16 təlimi almağa başlayıb.