Ötən sutka ərzində 67 yanğına çıxış olub - FHN | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka ərzində 67 yanğına çıxış olub - FHN

Qafar Ağayev10:41 - 25 / 08 / 2023
Ötən sutka ərzində 67 yanğına çıxış olub - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 67 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər