Bu ilin 7 ayında baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb - DYP-dən piyadalara müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 7 ayında baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb - DYP-dən piyadalara müraciət

Qafar Ağayev11:50 - 25 / 08 / 2023
Bu ilin 7 ayında baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb - DYP-dən piyadalara müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçıları arasında ən az müdafiə olunan piyadalara müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə deyilir:

"Yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir. Bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır. Belə ki, cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.

Təəssüf ki, hələ də yeraltı, yerüstü, eləcə də eynisəviyyəli piyada keçidlərinin yaxınlığında piyadaların vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir.

Hansısa yol sahəsində piyada keçidlərinin olmaması barədə haqlı narazılıqlar səsləndirildiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin istifadəsiz qalması deməyə əsas verir ki, piyadaların təhlükəsizliyi məsələsi hərəkətin təşkili, infrastruktur və digər amillərə yanaşı, həm də onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə bağlıdır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan yolu piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, nizamlama vasitələrinin tələblərinə qeyri-şərtsiz əməl etməyi, dayanacaqda gözləyərkən, ictimai nəqliyyata minib-düşərkən, eləcə də qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.

Əziz piyadalar! Unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir!”

Paylaş:
265

Son xəbərlər

Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41
Bütün xəbərlər