Azərbaycanda “Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq
Azərbaycanda “Kibercinayətlər” elektron informasiya sisteminin formalaşdırılması, bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.
1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Sənədə əsasən, ilkin mərhələdə informasiya sisteminin operatorunun müəyyən olunması, texniki şərtin hazırlanması, daha sonra həmin texniki şərtin və səlahiyyətlərin müvafiq qurumlarla razılaşdırılması, yekun olaraq isə sistemin operatoru tərəfindən sistemin yaradılması və fəaliyyətinin təşkili planlaşdırılır.
456