Azərbaycan MN Ermənistan mövqelərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan MN Ermənistan mövqelərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib

Qafar Ağayev10:39 - 28 / 08 / 2023
Azərbaycan MN Ermənistan mövqelərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə yayılan məlumatları təkzib edib.

Bu barədə 1news.az Azərbaycan Müdafiə Nazirliyindən bildirilib

"Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər