Azərbaycanda balıq bazarı ilə bağlı araşdırma aparılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda balıq bazarı ilə bağlı araşdırma aparılıb

Qafar Ağayev11:55 - 28 / 08 / 2023
Azərbaycanda balıq bazarı ilə bağlı araşdırma aparılıb

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı daxili araşdırma aparılıb.

1news.az Agentliyə istinadən xəbər verir ki, araşdırmada Azərbaycanda balıq bazarının həcmi, bu sahənin son illərdəki inkişaf dinamikası, endemik və idxal olunan balıq növlərinin bazar payı, balığın idxal və ixracı, istehlakçıların seçiminə təsir edən amillər, eləcə də balıq istehsalı ilə əlaqədar sahibkarlıq subyektlərini və bu sahədə biznesə başlamaq istəyənləri maraqlandıran məsələlər öz əksini tapıb.

Araşdırma ilə KOBİA-nın saytından tanış olmaq mümkündür: https://bit.ly/3EirpGR

KOBİA-nın sahibkarlar arasında apardığı sorğular və daxil olmuş müraciətlər əsasında indiyə qədər Agentliyin təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Qida və qeyri-qida sahələrini əhatə edən bu bazar araşdırmalarından sahibkarlar ödənişsiz olaraq faydalana bilərlər.

Eyni zamanda sahibkarlıq subyektləri onları maraqlandıran sahələr üzrə daxili bazar araşdırmasının aparılması üçün dövlət dəstəyi mexanizmindən faydalana bilərlər. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırması hesabatı üzərində mülkiyyət hüququ yalnız həmin sahibkara məxsus olur və ictimaiyyətə açıqlanmır. Belə araşdırmaların aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Müxtəlif sahələrdə biznesə başlamaq, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3sp277A

Paylaş:
433

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər