Azərbaycan şahmatçısı dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Hindistanın MGD1 komandasının heyətində Almaniyada keçirilmiş rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.
Federasiyadan 1news.az-a verilən məlumata görə, on iki turun yekun nəticəsinə əsasən, MGD1 kollektivi 18 xal toplayıb və yarışı üçüncü pillədə başa vurub.
Dünya çempionatında qələbəni Bakıda keçirilmiş Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandxanın da şərəfini qoruduğu "WR Chess" bayram edib. Qalib komanda 22 xalla bütün rəqiblərini qabaqlayıb. Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla ikinci yeri tutub.
1024