“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

Qafar Ağayev17:11 - 30 / 08 / 2023
“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.

1news.az-ın məlumatına görə, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.

Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” yalnız 69-cu dəqiqədən etibarən matçı canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesablı qələbə qazanmışdı.

Paylaş:
1365

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər