Füzulidə ağır qəza olub - Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə ağır qəza olub - Ölən və yaralananlar var

10:41 - 13 / 09 / 2023
Füzulidə ağır qəza olub - Ölən və yaralananlar var

Sentyabrın 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə sürücü və sərnişin qismində olan Füzuli rayon sakinləri Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər