İstanbulda atışmda bir azərbaycanlı yaralanıb

İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.
1news.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində 7 şübhəli saxlanılıb.
258