Nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalı artıb

Qafar Ağayev17:01 - 15 / 09 / 2023
Nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalı artıb

2023-ilin yanvar-avqust ayları ərzində Azərbaycana 1 mlrd. 706 mln. 887.21 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.

1news.az Dövlət Gömrük Komitəsinin yaydığı hesabata istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 57.8% və ya 625 mln. 78 min dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 15,31%-ni təşkil edib.

Paylaş:
321

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər