Sevinc Fətəliyeva Fransaya, Vüqar Bayramov isə İtaliyaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva Fransaya, Vüqar Bayramov isə İtaliyaya səfər edəcək

Qafar Ağayev12:21 - 15 / 09 / 2023
Sevinc Fətəliyeva Fransaya, Vüqar Bayramov isə İtaliyaya səfər edəcək

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 17-də “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı konfransda iştirak etmək məqsədilə İtaliya Respublikasının Neapol şəhərinə səfər edəcəkdir.

1news.az xəbər verir ki, deputatımız konfransın işində iştirak edəcək, tədbirin mövzusuna dair müzakirələrə qatılacaq.

Səfər sentyabrın 19-da başa çatacaq.

Bundan başqa, Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək.

Deputatımız iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.

Səfər sentyabrın 20-də başa çatacaq.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər