Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

14:31 - 16 / 09 / 2023
Qanunsuz erməni silahlılarının Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər