Sabunçuda 12 min manatlıq mühərrik oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda 12 min manatlıq mühərrik oğurlanıb

11:58 - 18 / 09 / 2023
Sabunçuda 12 min manatlıq mühərrik oğurlanıb

Bakının Sabunçu rayonunda oğurluq olub.

DİN-dən 1news.az-a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus beton kəsən aparatın 12000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər