Mətbuat Şurası lokal antiterror tədbirləri ilə bağlı jurnalistlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası lokal antiterror tədbirləri ilə bağlı jurnalistlərə müraciət edib

Qafar Ağayev15:58 - 19 / 09 / 2023
Mətbuat Şurası lokal antiterror tədbirləri ilə bağlı jurnalistlərə müraciət edib

"Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası məqsədilə başlanılmış lokal antiterror tədbirləri ölkə mediasının diqqət mərkəzindədir. Jurnalistlərimiz bununla əlaqədar əsasən rəsmi məlumatların yayılmasına üstünlük verirlər".

1news.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının müraciətində bildirilib.

Ancaq müxtəlif sosial şəbəkə profillərində anti-terror tədbirləri ilə bağlılığı iddia edilən görüntülər yayılmaqda, fikirlər səslənməkdədir. Belə hallar əvvəllər, xüsusən 44 günlük Vətən müharibəsi zamanı da müşahidə edilib. Eyni zamanda, qeyri-rəsmi məzmun daşıyan, bəzən məqsədli şəkildə dövriyyəyə buraxılmış görüntülərin ayrı-ayrı media orqanlarında xəbər kimi təqdimatı, süni ajiotaj yaratmaq meyilləri nəzərə çarpıb.

Azərbaycan Mətbuat Şurası olaraq ölkəmizin media subyektlərini, cəmiyyətə informasiya vermək öhdəliyini öz üzərinə götürmüş ayrı-ayrı şəxsləri, müstəqil jurnalistləri mövcud şəraitin həssaslığını nəzərə almağa çağırırıq. İndiki halda jurnalistika prinsiplərinə ən böyük sadiqlik qeyd edilən video-görüntüləri, eləcə də rəsmi təsdiqini tapmamış bilgiləri yaymamaq və paylaşmamaqdır. Nəzərə alınmalıdır ki, belə halların cəmiyyətdə çaşqınlıq yaratmaq ehtimalı böyükdür.

Ümid edirik ki, Azərbaycanın media cameəsi cəmiyyətimizin informasiya tələbatını qarşılayarkən, sadaladığımız mühüm məqamları nəzərə alacaq, ölkəmizin maraq və mənafelərinin qorunmasına peşəkar səviyyədə çalışacaqdır.

Paylaş:
57

Son xəbərlər

Samanta Pauer Azərbaycana gəlibBu gün, 15:14Kreml Vardanyanın saxlanılmasına münasibət bildiribBu gün, 15:07Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTOBu gün, 14:51Azərbaycan sərhədçiləri Ruben Vardanyanı saxladı, Bakıya gətirilib - VİDEO - FOTOBu gün, 14:40Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edibBu gün, 14:37Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı veribBu gün, 14:21Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıbBu gün, 13:58Zaxarova Makronu xəyalpərəst adlandırıbBu gün, 13:53Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdiBu gün, 13:48Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı veribBu gün, 13:45XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edibBu gün, 13:36Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaqBu gün, 13:26Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkBu gün, 13:05BMT-nin Azərbaycandakı nümayəndəliyi: “BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”Bu gün, 12:48İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - FOTOBu gün, 12:33Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTOBu gün, 12:27Sabah 30 dərəcə isti olacaq - PROQNOZBu gün, 12:13Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTOBu gün, 12:02ABŞ-ın Azərbaycandakı səfirliyi Anım Günü münasibətilə paylaşım edibBu gün, 12:00Suraxanıya içməli suyun verilməsində fasilə yaranacaqBu gün, 11:53
Bütün xəbərlər

Next TV