Xocavənddə AAYDA-ya məxsus yük maşını minaya düşdü, ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə AAYDA-ya məxsus yük maşını minaya düşdü, ölənlər var

Qafar Ağayev09:19 - 19 / 09 / 2023
Xocavənddə AAYDA-ya məxsus yük maşını minaya düşdü, ölənlər var

Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə agentliyin 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı müvafiq araşdırma aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həlak olanları həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir. Allah rəhmət eləsin!

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər